ABŞ prezidenti Barak Obama öz ölkəsində növbəti dəfə məhkəməyə verilib.
Teleqraf.com-un məlumatına görə, bu dəfə Obama miqrasiya sisteminə edilən dəyişikliklərə görə Federal məhkəməyə ifadə verməli olacaq.
Marikop dairəsinin şerifi Co Arpayo bildirib ki, o, həmçinin amerika xalqının adından prezidenti məhkəməyə verib.
Onun sözlərinə görə, miqrasiyada istalahtların keçirilməsi barədə qərarın verilməsi legitim deyil. Co Arpayo bildirib ki, Obama bu qərarı verərkən konqressmenlərin və respublikaçıların da fikrini öyrənməli idi.
Miqrasiya sistemndə islahatların keçirilməsi nəinki 5 milyon miqrantın ölkədə qalmasına şərait yaradır, hətta gələcək iş yerlərinin də sayını azaldır.