22 Mart 2022 15:33
2 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ordusuna Ukraynaya hücum əmri verərək, dünyanın diqqətini özünə çəkən Rusiya lideri Vladimir Putinin bədən dili müzakirə mövzusuna çevrilib.

Teleqraf.com xəbər verir ki, Putinin yerişindəki bir detala diqqət çəkən ekspertlər maraqlı bir iddia üzərində dayanıblar.

Gəzərkən həmişə sağ qolunu sabit saxlayan Putinin bu sirrini açmaq istəyən ekspertlər diqqəti Rusiya liderinin keçmişinə yönəldiblər. Putinin sağ qolunu sabit saxlamasını araşdıran Portuqaliya, İtaliya və Hollandiya nevroloqları bununla bağlı iki ehtimal irəli sürüblər.

Mütəxəssislərin fikrincə, Putinin yeriyərkən sağ qolunu sabit saxlaması və sol qolunu daha çox hərəkət etdirməsi parkinson xəstəliyinin əlaməti ola bilər. Amma ictimaiyyətə verilən açıqlamaya görə, Rusiya liderinin belə bir xəstəliyi yoxdur.

“British Medical Journal”da dərc olunan araşdırmaya görə, Putin sovet kəşfiyyatında (KQB) təlim keçdiyi üçün belə yeriyə bilər. Qeyd edilib ki, çox yaxşı silah istifadə edə bilən Putin bəlkə də aldığı təlim sayəsində belə bir vərdiş qazanıb.

Ekspertlərin fikrincə, Rusiya liderinin sağ qolunu daim sabit saxlamasının arxasında sayıqlığı var. Çünki KQB agentləri silahlarını sinələrinin altında daşıyırdılar. Bununla sağ əlin daha qısa müddətdə silaha çatması hədəflənirdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər