8 Mart 2022 18:22
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya fevralın 22-dən bu yana 2778 yeni sanksiyaya məruz qalıb. Beləliklə, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ümumi sayı 5530-u keçib.

Teleqraf.com xəbər verir ki, Rusiya bu rəqəmlə İranı (3616), Suriyanı (2608) və Şimali Koreyanı (2077) ötüb.

Dünyada ən çox sanksiya tətbiq edilən ölkələrin siyahısında Venesuela (651), Myanma (510) və Kuba (208) da yer alıb.

Məlumata görə, fevralın 22-dən bəri İsveçrə 568 sanksiya ilə Rusiyaya ən çox sanksiya tətbiq edən ölkə olub. İsveçrəni 518 sanksiya ilə Avropa Birliyi (AB), 512 sanksiya ilə Fransa, 454 sanksiya ilə Kanada və 413 sanksiya ilə Avstraliya izləyir. Həmin tarixdən bəri ABŞ Rusiyaya qarşı 243 sanksiya tətbiq edib.

Tətbiq edilən sanksiyaların 2427-i ayrı-ayrı şəxsləri, 343-ü qurumları, 6-sı gəmiləri, 2-si isə təyyarələri hədəf alıb.

Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Ukraynanın şərqindəki rusiyayönlü separatçıların qondarma hakimiyyətlərinin tanınması haqqında fərman imzalayıb. Putinin qərarına reaksiya olaraq Qərb ölkələri fevralın 22-dən etibarən Rusiyaya qarşı ilk sanksiyalarını elan etməyə başlayıb.

Fevralın 24-də isə Putin Ukraynanın şərqində - Donbasda “xüsusi hərbi əməliyyat”a başladıqlarını açıqlayıb.

Ukraynaya hücumun başlaması ilə Qərb ölkələri Rusiyaya ağır iqtisadi sanksiyalar tətbiq etməyə başlayıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər