İraqın Ənbar vilayətində İŞİD növbəti dəfə böyük itkiyə uğradılaraq geri çəkilməyə vadar edilib.
Əl-Cəzirə və Əl-Badiyə əməliyyatlarına cavabdeh olan İraq ordusu generalı Ziya Kazım açıqlamasında Ənbar vilayətinə bağlı Hit rayonunda İŞİD qruplaşmasına qarşı keçirilən əməliyyatda terrorçuların ağır zərbə aldığını söyləyib.
Teleqraf.com-un "TRT Haber"ə istinadən məlumatına görə, keçirilən əməliyyat nəticəsində 30 nəfəri İŞİD-çi öldürülüb, 20-dən çoxu isə yaralanıb.
Beynəlxalq koalisiyanın İŞİD-ə qarşı keçirdiyi əməliyyatlarda Hit rayonu məclis sədrinin də evi daxil olmaqla, bir sıra evlər yararsız hala gətirilib.
Bundan başqa, əməliyyatlarda 2 uşaq da daxil olmaqla, 5 nəfər mülki şəxs dünyasını dəyişib, 10-u yaralanıb.
Əməliyyatlar zamanı terrorçu qruplaşmanın döyüş texnikaları, zirehli maşınları İraq ordusu tərəfindən ələ keçirilib.