Paytaxt Təl-Əvivdə səfərdə olan Türkiyə İxracatçılar Birliyinin (TİM) nümayəndə heyəti israilli iş adamları, Ticarət Palatasının və İsrail İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, iki ölkənin iş adamları görüşlərdə ticarət imkanlarını müzakirə ediblər.
TİM prezidenti İsmayıl Güllə məqsədlərinin 6.3 milyard dollar olan ixracatı 8 milyarda çatdırmaq olduğunu bildirib.
Türkiyə İxracatçılar Birliyi ilə İsrail Ticarət Palatası arasında ticarətin inkişafı üçün niyyət sazişi imzalanıb.
Sabah İsrail Prezidenti İshaq Hersoq türk həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gələcək.