8 Mart 2022 22:43
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyev hakimiyyətinin nümayəndələri və şəhər merləri vətəndaşların Rusiya Federasiyasına təxliyəsi cəhdlərinə imkan vermir. Rusiyanın yaratdığı humanitar dəhlizlər haqqında məlumat mülki şəxslərin diqqətinə çatdırılmır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin Milli İdarəetmə Mərkəzinin rəhbəri general-polkovnik Mixail Mizintsev bildirib.

“Kiyev hakimiyyətinin rəsmi nümayəndələri və şəhər merləri Rusiyaya təxliyə cəhdinin qarşısını almaq üçün çox ciddi göstərişlər alıblar. Vətəndaşlar Rusiyaya mümkün təxliyə və bunun üçün humanitar dəhlizlərin yaradılması barədə sadəcə məlumat almırlar”, - Mizintsev vurğulayıb.

Rusiya MN nümayəndəsi humanitar dəhlizlərlə Rusiya Federasiyasına daxil olmaq cəhdlərinin qarşısının millətçilər tərəfindən ciddi şəkildə alındığını söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər