Şimali Atlantika Alyansı Rusiya ilə birbaşa müharibəyə məhkumdur. Moskva sonda təxribata əl atacaq.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı sabiq səfiri Valeriu Çalıy deyib.
Sabiq diplomat əlavə edib ki, Rusiyanın NATO ilə toqquşma yaratma ehtimalı yüksəkdir: “Bu, yerdə olmayacaq, hava məkanında baş verə bilər. Yaxşı, məsələn, Rusiya NATO-nun 2-3 təyyarəsini vuracaq. Həm də NATO-nun buna reaksiyası necə olacaq? Birbaşa toqquşmamı, bilmirəm. Hazırda Ukrayna-Rusiya müharibəsindən sonra NATO-nun dağılacağı ehtimalı yüksəkdir. Əgər indi nəticə çıxarılmasa, Avropa üçün təhlükəsizliyə kim zəmanət verəcək? Heç bir qarant olmayacaq. Bunu BMT də edə bilməz, NATO da”.
Keçmiş səfirin sözlərinə görə, artıq NATO daxilində Alyansın hərəkətlərindən narazılıq var: “Əgər NATO indi açıq müharibəyə başlamaq qərarına gəlsə, Ukraynanın dəstəyini qazanacaq. Onlar bu işi süründürsələr, münaqişə zamanı öz ölkələrində eyni motivasiyalı xalqları tapmayacaqlar. Sorğular göstərir ki, ukraynalılar müharibəyə ən çox hazırdırlar”.