“Ukraynadakı rus əsirlərlə beynəlxalq humanitar hüquq normalarına uyğun davranılacaq, daha sonra onlar Ukrayna iqtisadiyyatının bərpasına cəlb olunacaqlar”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müavini Yevgeni Yenin deyib.
Əsir rus hərbçilərlə nə edəcəyi sualına cavab verən DİN nümayəndəsi qeyd edib ki, Ukrayna ilk növbədə beynəlxalq humanitar hüququn normalarına ciddi əməl edəcək: “Bizi dinc əhaliyə atəş açan, evlərə raket və bombalı hücumlar həyata keçirən rus təcavüzkarından fərqləndirən də budur”.
Yenin vurğulayıb ki, Ukrayna Cenevrə konvensiyalarının rusiyalı əsirlər üçün verdiyi bütün imkanlardan istifadə edəcək: “Biz bununla bağlı Cenevrə konvensiyalarının bizə verdiyi bütün imkanlardan istifadə edəcəyik. Bütün bu insanlar sonradan Ukraynanın iqtisadiyyatının bərpası üçün çalışacaqlar”.