Rusiyada valyutadəyişmə məntəqələrində 1 dollar 190 rubla çatıb, amma onu almaq o qədər də asan deyil.
Teleqraf.com xəbər verir ki, Rusiyada nağd pul bazarında dolların dəyəri yeni zirvələrə çatır.
Bu gün səhər saatlarına olan məlumata görə, 1 dollar 190 rubla çatıb.
Bunu banki.ru-nun monitorinq məlumatları sübut edir.
Eyni zamanda, Rusiya Federasiyasında bir çox valyutadəyişmə məntəqələrində valyuta qurtarıb, boş olduğu üçün açılmır. Rusiya Bankı isə mövcud vəziyyətlə əlaqədar səhmlərin ticarətini açmamaq qərarına gəlib.
Qara bazarda isə 1 dolların 250-300 rubla satıldığına dair iddialar var.