9 Mart 2022 12:15
2 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynada bioloji tədqiqat obyektlərimiz (laboratoriya – red.) var və ABŞ onların Rusiya qüvvələrinin nəzarətinə keçməsinin qarşısını almağa çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.

“Ukraynada bioloji tədqiqat obyektləri var, əslində biz çox narahatıq ki, Rusiya hərbçiləri onları nəzarətə götürməyə cəhd edə bilər. Ona görə də biz ukraynalılarla işləyirik ki, bu tədqiqat obyektlərindən hansısa biri Rusiya qüvvələrinin əllərinə keçməsinin qarşısını ala bilsinlər”, - Nuland vurğulayıb.

Amerika rəsmisi həmçinin bildirib ki, Ukraynada bioloji və ya kimyəvi silahla bağlı hansısa formada insident baş verərsə, buna görə Rusiya tərəfi məsuliyyət daşıyacaq.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verərək bildirib ki, bioloji silahlar Rusiya ərazisinə yaxın olan Ukrayna biolaboratoriyalarında hazırlanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər