13 Mart 2022 15:29
2 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynaya təcavüzünü davam etdirdiyi vaxtda NATO-nun bəyanatlarından və Ukraynaya silah tədarükünü artırdıqdan sonra Prezident Vladimir Putin prosesə daxil olan hər kəsin tarixdə heç vaxt görülməmiş bədəl ödəyəcəyi xəbərdarlığını edib.

Teleqraf.com xəbər verir ki, Putinin xəbərdarlığını gündəmı çıxaran ingilis mətbuatı onun bu sözlərini “nüvə hədəsi” adlandırıb.

İngilis nəşrlərinin iddiasına görə, Rusiya Ukrayna və onun ətrafında dağıdıcı təsir göstərə biləcək “Putinin supersilahları” adlandırılan geniş çeşiddə yeni silah sistemlərinə malikdir.

İngilis mətbuatı Putinin bu silahlara güvənərək dünyanı hədələdiyini yazıb.

“Daily Star” qəzeti Putinin sahib olduğu iddia edilən “supersilahlar”ın adlarını çəkib. Bu silahlar arasında hava-yer tipli hipersəsli aero-ballistik raket olan Kh-47M2 “Kinjal” da var. İnanılmaz dərəcədə sürətli və qeyri-adi dərəcədə çevik olduğu bildirilən raketlərin NATO-nun müdafiə sistemlərindən yayınacaq qədər sürətli manevrlər edə bildiyi deyilir.

Təsdiqlənməmiş məlumata görə, “Kinjal” raketləri ilə silahlanmış bir neçə MiQ-31 fevral ayının əvvəlində Belarus və Polşa arasındakı Çernyaxovsk hərbi dəniz bazasına göndərilib. Qeyd edilib ki, “Kinjal” nüvə və ya yüksək partlayıcı başlıqlarla gücləndirilə bilər. Sözügedən raketlərin hədəflərini yüksək sürətlə vurmaq gücündə olduğu iddia olunur.

Putinin “supersilahlar”ı arasında yer alan “Alabuqa” radioelektrik raketi də diqqətçəkən silahlar sırasındadır. “Alabuqa”nın üç mil radiusda istənilən elektron sxemi yandırmaq, kompüterlə idarə olunan avadanlığı məhv etmək, düşmənin raketlərini, radar avadanlıqlarını və hətta tanklarını məhv etmək qabiliyyətinə malik olduğuna inanılır.

“Ranets” adlanan “Alabuqa” raketlərinin kiçik versiyalarının isə hətta kürək çantalarına sığdığı deyilir. Bu sayədə çox rahatlıqla döyüş bölgələrinə daşına bilər. Komanda idarəetmə sistemlərinə tamamilə zərər vermək gücündə olduğu bildirilir.

Putinin “supersilahlar”ı arasında quru qoşunlarını dəstəkləmək üçün elektromaqnit şüalarından istifadə edən “Listva” da var. Bu 100 metrə qədər məsafədən minaları və digər partlayıcıları zərərsizləşdirmək üçün ultra yüksək tezlikli radio dalğalarından istifadə edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər