Britaniya Ukraynaya tank əleyhinə əlavə raketlər göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə naziri Ben Uolles deyib. O bildirib ki, Böyük Britaniya Rusiyanın hücumuna qarşı özünü müdafiə etmək üçün Ukraynaya silah tədarükünü artırır və əlavə 1615 tank əleyhinə raketlər göndəriləcək.
Qeyd olunub ki, atıcı silahlar, zirehlər və tibbi ləvazimatlar isə artıq göndərilib.
Xatırladaq ki, Britaniya işğaldan əvvəl Ukraynaya 2000 yüngül tank əleyhinə raket göndərmişdi.