10 Mart 2022 08:15
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyaya qarşı sanksiyalar gücləndirilməlidir. Onu SWIFT-də tamamilə sıradan çıxarmaq və Böyük Yeddilik (G7) ölkələrinin Rusiya neft və qazından imtina etməsinə nail olmaq lazımdır”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

“Biz Rusiyanı daha da təcrid etmək üçün Hindistan və Körfəz ölkələri də daxil olmaqla, bütün dünyada iqtisadi və təhlükəsizlik ittifaqları qurmaq üçün işimizi sürətləndirəcəyik”, - Trass deyib.

Trass qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada dayandırılmasa, bu, Avropa və qlobal təhlükəsizlik üçün fəlakətli nəticələrə gətirib çıxaracaq:

"Biz açıq şəkildə bildirəcəyik ki, suveren ölkələr tapdalana bilər. Ona görə də Moskvaya cavabımız daha sürətli və güclü olmalıdır", - Trass vurğulayıb.

O, həmçinin əlavə edib ki, Ukrayna üzərində uçuşa qadağa zonasının yaradılması Rusiya ilə NATO arasında birbaşa münaqişəyə gətirib çıxaracaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər