Tunisdə bazar günü prezident seçkiləri keçirilir, 2011-ci ilin "ərəb baharı"ndan sonra bu üçüncü azad seçkilərdir. Teleqraf.com "BBC" telekanalına istinadən bu barədə məlumat verir.
Seçkilərin favoriti oktyabrda parlament seçkilərində qalib gələn "Nidaa Tunis" partiyasının nümayəndəsi Beci Kaid Essebsi sayılır.
Onun əsas rəqibi - hazırkı prezident Monsef Marzukidir.
Oktyabrın 26-da parlament seçkilərində "Nidaa Tunis" əsas partiyası qalib gəlib. "Ərəb baharı" zamanı hakimiyyətə gələn "Ən-Naxda" islamçı partiyası məğlubiyyətini etiraf edib.
Tunis - Yaxın Şərq və Şimali Afrika dövlətlərində "ərəb baharı"na təkan verən ölkə olub.