10 Mart 2022 23:26
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edə biləcəyini deyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş nazir Boris Conson, “Sky News” kanalına müsahibəsində bildirib.

O, qeyd edib ki, Rusiya digər rəqibləri və ya amerikalılar tərəfindən kimyəvi silahların saxlanıldığını iddia etməyə başlayıb:

“Mən qorxuram ki, belə saxta hekayələr törədərək, bir növ maskalamaqla onlar özləri Ukraynada kimyəvi silahların istifadəsi üçün zəmin yaradırlar”,-deyə Boris Conson bildirib.
Baş nazir Rusiyanın daha əvvəl də Britaniyada kimyəvi silahdan istifadə etdiyini xatırladıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər