Rusiya ABŞ-ın Ukraynadakı bioloji laboratoriyaları ilə bağlı BMT TŞ-nın çağırılmasını istəyib.
Teleqraf.com xəbər verir ki, Rusiya Ukraynadakı ABŞ-ın bioloji laboratoriyalarının fəaliyyəti ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması təşəbbüsü ilə çıxış edib.
Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski öz "Twitter" səhifəsində bildirib.
O yazib ki, Rusiya ABŞ-ın Ukrayna ərazisindəki hərbi-bioloji fəaliyyətini müzakirə etmək üçün martın 11-də BMT Təhlükəsizlik Şurasında iclas keçirməsi ilə bağlı sorğu göndərib.