Lutsk şəhər meri aerodrom yaxınlığında partlayışlar olduğunu, rusların Dneprə hücum etdiyini bildirib.
Teleqraf.com xatırladır ki, sosial şəbəkələrdə Dneprin atəşə tutulması barədə görüntülər yayılıb.
Lutsk meri İqor Polişçuk aerodrom yaxınlığında partlayışlar olduğunu bildirib.
“Aerodromun tərəfində partlayışlar. Hamı sığınacağa", - mer şəhər sakinlərinə müraciətində deyib.
Bununla yanaşı şəhər meri sakinlərdən sosial şəbəkələrdə fotoşəkil, ünvan və ya koordinatları dərc etməməyə çağırıb.
Ukrayna Fövqəladə Hallar Xidməti bildirib ki, Dnepropetrovsk bölgəsində təxminən saat 6:10 radələrində Dnepr şəhərinin Novokodatsky bölgəsində şəhərə üç hava zərbəsi endirilib. Zərbələrin hədəfində uşaq bağçası, yaşayış evləri və ayaqqabı fabriki də olub.