11 Mart 2022 10:43
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Versal şəhərində qeyri-rəsmi sammitə toplaşan Avropa İttifaqı liderləri Ukraynanın sözügedən birliyə üzvlüyünə “hə” deyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Litva Prezidenti Qitanas Nauseda Tvitterdə yazıb.

“Versalda tarixi gecə. Beş saatlıq qızğın müzakirələrdən sonra Aİ liderləri Ukraynanın avrointeqrasiyasına “hə” dedilər. Proses başlayıb. Bunu nə qədər tez başa çatdıracağımız indi bizdən və ukraynalılardan asılıdır”, - Nauseda qeyd edib.

Görüşdə Aİ ölkələrinin Rusiya qazı, nefti və kömüründən asılılıqlarının azaldılması müzakirə olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər