11 Mart 2022 11:43
4 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya COVID-19 ilə əlaqədar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana qeyri-müntəzəm və müntəzəm reyslərə tətbiq etdiyi məhdudiyyətləri qarşılıqlı əsasda aradan qaldırır.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a “Rosaviasiya”nın mətbuat xidmətindən bildirilib.

“2022-ci il martın 9-dan Rusiya Federasiyası hökumətinin müvafiq qərarına əsasən, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana qeyri-müntəzəm və müntəzəm uçuşlara COVID-19-un yayılmasının qarşısının alınması ilə bağlı daha əvvəl tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb”, - məlumatda deyilir.

Bundan əvvəl Belarus, Dominikan, Misir (Qahirə istisna olmaqla), Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Finlandiya, Çexiya, İsveçrə, Cənubi Koreya və Kubaya uçuşlar üçün də COVID məhdudiyyətləri tamamilə aradan qaldırılmışdı.

Hazırda bu ölkələrə uçuşlar yalnız hava nəqliyyatı haqqında hökumətlərarası sazişlərin müddəaları və ölkələrin aviasiya orqanları arasında ayrı-ayrı sazişlərlə məhdudlaşdırılır.

“Aviaşirkətlər müntəzəm və qeyri-müntəzəm uçuşları həyata keçirərkən Rusiya Federasiyasının Baş dövlət sanitar həkiminin “COVID-19-un yayılmasının qarşısının alınması üçün izolyasiya rejiminin təmin edilməsi haqqında” qərarının müddəalarına əməl etməlidirlər”, - deyə ”Rosaviasiya” əlavə edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər