11 Mart 2022 14:10
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri Çerniqov vilayətində 5 yaşayış məntəqəsini işğalçılardan azad edib və bir neçə zirehli texnika ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Şimal” Əməliyyat Komandanlığı bildirir.

“Şimal” Əməliyyat Komandanlığı əlavə edib ki, Rusiya Federasiyasının bölmələri tam döyüş əməliyyatları aparmaq iqtidarında deyil, zabitlər arasında çaxnaşma yaranıb və onları ali hərbi-siyasi rəhbərlik tərk edib.

“Çerniqov vilayətindəki yaşayış məntəqələrimizin üzərində Ukraynanın dövlət bayraqları dalğalanır. Əlavə olaraq zirehli texnika ələ keçirilib”, - “Şimal” Əməliyyat Komandanlığı əlavə edib.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətindəki Dərqaçidən rus işğalçılarını sıxışdırıb və əraziyə tam nəzarəti əldə edib.


Müəllif: Nemət