11 Mart 2022 22:43
2 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukrayna arasında müharibə davam edərkən Latviyadan diqqətçəkən addım gəlib.

Teleqraf.com xəbər verir ki, Almaniyadan silah və texnika tələb etdiklərini deyən Latviya müdafiə naziri Artis Pabriks “Der Spiegel”ə ilginc açıqlamalar verib.

ABŞ-ın Latviyaya hərbi yardım etdiyini bildirən Pabriks Almaniyanı da eyni addımı atmağa çağırıb. Almaniyanın müdafiə məsələsində tarixi dönüş nöqtəsi yaşadığını deyən nazir Berlindən Latviyanın özünü qoruya bilməsi üçün güclü silahlar verməsini istəyib.

Onun sözlərinə görə, Latviya silahlı qüvvələrini gücləndirmək üçün hərbçilərinin sayını 12 minə çatdırmağı hədəfləyir.

“Biz böyük tiran ölkənin qonşuluğunda yerləşən kiçik ölkəyik. Əgər NATO və Avropaya qarşı təcavüzün qarşısını almaq istəyiriksə, bizə kömək lazımdır”, - Pabriks deyib.

Ukrayna Prezidenti Vladimir Zelenki bundan əvvəl açıqlama verərək Rusiyanın hədəfinin onlardan sonra daha 4 ölkənin olduğunu iddia edib. Zelenski açıqlamasında Moldova, Polşa, Latviya və Gürcüstanın adını çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər