11 Mart 2022 17:34
1 459
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna ərazilərinin rus işğalçılarından neçə günə azad ediləcəyini proqnozlaşdırmaq mümkün deyil, amma Rusiya Federasiyası ilə müharibədə strateji dönüş artıq əldə edilib”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“On altı gündür ki, azadlığımız üçün mübarizə aparırıq. Bu, düşmənin işğal planından dörd dəfə çox vaxtdır. Ukraynalıların təslim olacağına ümid edən, dünyanın ən güclülərindən biri sayılan orduya qarşı vuruşuruq. Torpaqlarımızı azad etmək üçün hələ neçə günün qaldığını söyləmək mümkün deyil. Amma deyə bilərəm ki, biz bunu edəcəyik. Çünki biz bunu istəyirik, çünki biz artıq strateji irəliləyişə nail olmuşuq. Məqsədimiz qələbədir”, - Ukrayna dövlət başçısı bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər