Rusiya hərbçiləri atəşkəs rejiminə əməl etməyərək İzyum şəhərində əhalinin təxliyəsini pozub.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
"Biz 20 avtobus və lazım olan hər şeyi hazırladıq. "Yaşıl dəhliz" yaradıldı, lakin rusiyalı hərbçilər tərəfindən atəşkəs pozuldu", - o deyib.
Sinequbovun sözlərinə görə, hazırda şəhərdə vəziyyət ağırdır.
Qeyd edək ki, bu gün İzyumda psixo-nevroloji internat məktəbi atəşə tutulub.