12 Mart 2022 09:51
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Belarus qoşunlarının sərhədi keçməsi barədə məlumatı yoxdur, amma belə bir müdaxilə təhlükəsi kifayət qədər yüksəkdir.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın Xidmətçisi” partiyasının deputatı Fyodor Venislavski deyib.

“Casuslarımızdan və beynəlxalq tərəfdaşlarımızdan əldə etdiyimiz operativ məlumata görə, Belarusun bir neçə batalyonu və taktiki qrupları - hava-desant bölmələri Ukrayna sərhədləri yaxınlığında intensiv manevrlər edir. Deməli, təhlükə aradan qalxmayıb. Biz başa düşürük ki, Lukaşenko iqtisadi baxımdan 99% Putindən asılıdır, siyasi baxımdan isə bir az daha azdır. Çünki hələ də manevr etməyə çalışır”, - Venislavski bildirib.

Deputat Belarus liderinin Moskva səfərinə də diqqət çəkib:

“Dünən Kremldə Belarus və Rusiya diktatorları arasında aparılan danışıqlara və dünya mediasının Belarusun birbaşa təcavüzə əl atmağa hazır olduğunu iddia etməsinə baxmayaraq, Belarus qoşunlarının sərhədi keçməsi barədə məlumatı yoxdur. Eyni zamanda, belə bir işğal təhlükəsi bizi Ukrayna-Belarus sərhədində, Kiyev və digər şəhərlər yaxınlığında düşmənə qalib gələ biləcək güclü və döyüşə hazır birləşmələr yerləşdirməyə məcbur edir.

Düşünürəm ki, Belarus əsgərləri Ukrayna torpaqlarına hücumun nəticələrini bilirlər. Axı Belarusun Rusiya ilə müqayisədə Ukrayna haqda daha çox məlumatı var. Onlar Ukraynadakı döyüşlər zamanı ölən və yaralanan minlərlə rus işğalçısından xəbərdardırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər