12 Mart 2022 11:36
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Melitopol şəhərinin meri İvan Fyodorov Rusiya hərbçiləri tərəfindən başına polietilen torba keçirilərək oğurlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

O, İvan Fyodorovun işğal altındakı şəhərdə 10 rus hərbçisi tərəfindən qaçırıldığını bildirib.

Fyodorovun ruslarla əməkdaşlığa razı olmadığını deyən Geraşenko merin başına polietilen torba keçirilərək binadan çıxarıldığını deyib.

Ukrayna Prezidenti Vladimir Zelenski Melitopol merinin oğurlanmasını “demokratiyaya qarşı cinayət” adlandırıb.

Ukraynanın şərqində, Zaporojye vilayətində yerləşən Melitopol fevralın son günlərində ruslar tərəfindən işğal edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər