12 Mart 2022 11:03
1 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Naftali Bennet Vladimir Putinin güzəşt tələblərini Ukrayna lideri Vladimir Zelenskiyə çatdırıb və ona daha çox qanın tökülməməsi üçün bu təklifi qəbul etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti və “Walla” saytı yazıb.

Nəşrlərin iddiasına görə, Kiyev və Moskva arasında vasitəçilik etmək üçün Rusiyaya gedən Bennet Putinin Krımın ilhaqı, Donbasdakı separatçı rejimləri tanınması və Ukrayna hakimiyyətinin konstitusiya dəyişikliyi ilə NATO-ya qoşulmamaq öhdəliyi götürməsi kimi güzəştləri ehtiva edən təklifləri Zelenskiyə çatdırıb.

Qeyd olunub ki, Ukrayna rəsmisi Bennettin Zelenskiyə “Sizin yerinizdə olsaydım, xalqımın həyatını düşünər və təklifi qəbul edərdim” dediyini iddia edib. Zelenskinin isə Bennettə “Mən sizi başa düşürəm” dediyi bildirilib.

Ukrayna rəsmisi “Walla”-ya deyib: “Bennet bizə təslim olmağı təklif etdi. Amma bizim belə bir niyyətimiz yoxdur. Putinin təklifinin bir başlanğıc olduğunu bilirik”.

Həmçinin qeyd edilib ki, Təl-Əviv Ukraynadan silah və müdafiə tələblərini dayandırmasını istəyib və bunun İsrailin vasitəçilik səylərinə zərər verəcəyini bildirib.

İddialarla bağlı mətbuata açıqlama verən İsrail baş nazirinin mətbuat xidməti Bennetin Putinin təklifini Zelenskiyə çatdırdığı iddiasının doğru olmadığını, Təl-Əvivin ona belə bir təklif vermədiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər