12 Mart 2022 11:14
1 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin saytı fevralın 24-dən etibarən yenilənmir.

Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı səhifənin sonuncu yenilənməsi fevralın 24-də edilib. Həmin gün Rusiya Ukraynada “xüsusi hərbi əməliyyata” başladığını elan edib.

Ermənistanın əsas media qurumları bildirirlər ki, onlar son iki həftə ərzində Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı elektron poçtla press-relizlər almır.

Ermənistan saytları sülhməramlıların fəaliyyətsizliyini qeyd etdikdən sonra diqqəti Qarabağda vəziyyətin gərginliyinə yönəldirlər. Guya Azərbaycan tərəfi təbii qazın verilişinin bərpasına mane olur və atəşkəs rejimini pozur.


Müəllif: Səxavət

Oxşar xəbərlər