23 Noyabr 2014 18:21
1 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqil beynəlxalq qurumların apardığı araşdırmalar Avropadan minlərlə şəxsin İŞİD qruplaşmasının tərkibində vuruşduğunu aşkara çıxarıb. Araşdırmalar nəticəsində o da bəlli olub ki, Qərb ölkələrində bu terror təşkilatına rəğbət bəsləyənlərin sayı güman edildiyindən dəfələrlə çoxdur.

Artıq bir sıra Avropa dövlətləri ilə yanaşı, İŞİD terror qruplaşmasının tərkibində vuruşan Almaniya vətəndaşlarının sayı açıqlanıb.

Belə ki, Almaniyada təhlükəsizlik orqanlarının keçirdiyi genişmiqyaslı əməliyyat zamanı terror birləşmələri, o cümlədən İŞİD-lə əlaqədə şübhəli bilinən doqquz nəfər saxlanılıb.

Teleqraf.com-un məlumatına görə, Almaniyanın konstitusiya müdafiəsi federal xidmətinin rəhbəri Hans-Georg Maasen verdiyi açıqlamada bildirib ki, indiyə kimi 550 alman Suriyaya gedərək, terror qruplaşmasına qoşulub:

"Son məlumatlara görə, Almaniyanın ən azı 60 vətəndaşı Suriya və İraqda İŞİD tərəfdə vuruşaraq həlak olub. Bu terror qruplaşmasının təbliğatın acınacaqlı bir uğurudur. Onlardan 180 nəfərdən çoxu Almaniyaya geri qayıdıb".


Müəllif:

Oxşar xəbərlər