12 Mart 2022 23:10
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün diplomatik təşəbbüsləri davam etdirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Co Baydenlə telefon danışığının bəzi təfərrüatları məlum olub.

Teleqraf.com xəbər verir ki, “Yenisafak”ın köşə yazarı Mehmet Acet Ərdoğanla Bayden arasında nələrin müzakirə edildiyini və Amerika liderinin Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmasını istəyib-istəməməsi ilə bağlı məqaləsində yazıb.

Acet telefon danışığının müsbət atmosferdə keçdiyini bildirib: “Görüş başa çatdıqdan sonra Ağ Evdən verilən açıqlamalar Baydenin vəzifəyə gəlişindən bəri Ankaraya qarşı istifadə edilən ən müsbət dili əks etdirir.

Ağ Evin sözçüsü Cen Psaki görüşdən sonra verdiyi açıqlamada dedi ki, Türkiyə və ABŞ liderləri Ərdoğan və Bayden arasında konstruktiv görüş keçirildi və ABŞ prezidenti Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin diplomatik təşəbbüsündən (Rusiya və Ukrayna arasında) çox məmnundur.

Görüşdən sonra sosial şəbəkə hesabında paylaşım edən Bayden bildirdi ki, Ərdoğanla Rusiyanın Ukraynaya əsassız hücumuna cavablarımızı koordinasiya etmək, Moskvanın təcavüzə görə məsuliyyət daşıması və Ukrayna xalqını dəstəkləmək üçün beynəlxalq səylərin davam etdirilməsinin vacibliyini müzakirə etdik.

Yaxşı, bəs müsahibənin pərdəarxası atmosferi pərdənin önündəki ab-havaya uyğun gəlirmi?

Başqa bir sual da verə bilərik: ola bilərmi ki, Türkiyəyə indiki mövqeyindən əl çəkməsi, tərəfini seçməsi və içində olduğu Qərb ittifaqının verdiyi qərarlara əməl etməsi üçün təzyiqlər edilib?

Məsələn, Qərb blokunun geniş şəkildə tətbiq etdiyi sanksiyalarla bağlı belə bir tələb varmı?

Mən Ərdoğan-Bayden görüşünün məzmunu ilə tanış olan yüksək vəzifəli rəsmi şəxsdən soruşdum ki, Bayden Türkiyədən Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini tələb edibmi?

Aldığım cavabı sitat gətirirəm: “Xeyr, etmədi. Yaxşı görüş oldu. Bu, onun açıqlamalarında da görünür”.

Bu, mənim əldə etdiyim pərdəarxası məlumatdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər