12 Mart 2022 21:12
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus qoşunlarının ölkə daxilindəki hərəkətliliyi Ukraynada xüsusi əməliyyata hazırlanması və ya iştirakı ilə bağlı deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Silahlı Qüvvələrin Baş Qərargah rəisi Viktor Quleviç açıqlama verib.

“Doğma hərbi ekspertlər” və “divan analitikləri” üçün demək istəyirəm ki, qoşunların hərəkəti heç bir şəkildə hazırlıqla, hətta daha çox Belarus hərbçilərinin Ukrayna ərazisində xüsusi hərbi əməliyyatda iştirakı ilə əlaqəli deyil”, - Quleviç deyib.

Onun sözlərinə görə, Silahlı Qüvvələr Belarusun hərbi təhlükəsizliyinin təmin edilməsi vəzifələrini yalnız öz ərazisində yerinə yetirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər