İraqın Ərbil şəhərində güclü partlayışlar baş verib.
Teleqraf.com xəbər verir ki, yerli sakinlər bunun ABŞ konsulluğuna hücum olduğunu bildiriblər.
ABŞ-ın Bağdaddakı səfirliyində sirenlər səslənib. Hələlik baş verənlərlə bağlı rəsmi versiya yoxdur.
Yerli sakinlərin dediklərinə görə, İraqda baş verən partlayışdan sonra ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havaya qaldırılıb.
İraq Milli Xəbər Agentliyi bir neçə raketin ABŞ Baş Konsulluğu yaxınlığında yerə düşdüyünü açıqlayıb.