13 Mart 2022 11:56
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və Rusiya Federasiyası arasında danışıqların dördüncü raundu “hüquqi formatlar” hazırlandıqdan sonra baş tutacaq.

Teleqraf.com xəbər verir ki, bunu “Kommersant”a müsahibəsində Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O bildirib ki, bu cür formatlar yaxın gələcəkdə hazırlana bilər: “Qarşılıqlı hüquqi formatlar hazırlandıqdan sonra görüş təyin olunacaq (Danışıqların dördüncü raundu - red.). Bu, sabah, o biri gün ola bilər...”

“Yəqin ki, artıq “sadəcə söhbət etmək” lazım deyil... Biz bütün məsələləri müzakirə etdik, indi bu məsələləri bəzi hüquqi formatlarda hazırlamağa çalışırıq” - Podolyak əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər