13 Mart 2022 16:57
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya-Ukrayna savaşının Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcəyini deyib.

Teleqraf.com xəbər verir ki, Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı işğal etməkdə qətiyyətli olduğunu iddia edib.

Onun sözlərinə görə, Putin ABŞ prezidentinə (Co Baydenə) hörmət etmədiyi üçün Ukraynaya müdaxilə edib.

“Bu hadisə Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər. Putinin dayanacağını düşünürsənsə, durum daha da pisləşə bilər. O, bunu qəbul etməyəcək. Heç kim onunla danışmır. Mən orada olarkən onunla danışacaq biri var idi. Heç kim Rusiyaya qarşı mənim qədər sərt deyildi”, - eks-prezident bildirib.

Tramp Ukraynadakı müharibənin səbəbinin Putinin “döyüşmək əzmi” olduğunu bildirib. “Əgər Putin bizim prezidentimizə hörmət etsəydi, bu baş verməzdi”, - Tramp deyib.


Müəllif: Mənsur Rəğbətoğlu