Ötən gecə (12 mart) İraqın Ərbil vilayətində İsrailə məxsus strateji mərkəz İslam İnqilabının Keşikçilər Korpusu (SEPAH) tərəfindən güclü raketlərlə vurulub.
Teleqraf.com xəbər verir ki, bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun yaydığı bəyanatda öz əksini tapıb.
Bəyanata əsasən, bu hücum, İsrailin İran qüvvələrinə son hücumuna cavab olaraq həyata keçirilib.