13 Mart 2022 19:57
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kirov rayonunda baş verən yanğında 1,5-5 yaşları arasında 3 uşaq ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb.

Məlumata görə, hadisə zamanı uşaqların anası evdə olmayıb.

Məlumatda bildirilir ki, martın 13-nə keçən gecə Kotelniç şəhərində Rudnitskoqo küçəsində yerləşən yarımtikili yaşayış binası yanıb. Yanğın nəticəsində 2017, 2019, 2020-ci il təvəllüdlü uşaqlar ölüb. Yanğının səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər