ABŞ Ukraynaya əhəmiyyətli silah tədarükünü davam etdirə biləcəyinə əmindir.
Teleqraf.com-un məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
“Biz Ukrayna cəbhəsinə əhəmiyyətli miqdarda hərbi yardım - silah və təchizat çatdırmaqda davam edə biləcəyimizə əminik. İndiyədək biz bu işdə uğur qazanmışıq və inanırıq ki, Rusiya təhdidlərinə baxmayaraq, davam etməyə imkan verəcək bir sistemimiz var”, - deyə Sullivan CBS telekanalına bildirib.