ABŞ-ın keçmiş prezidenti Barak Obamanın koronavirus testi müsbət çıxıb və onda xəstəliyin yüngül simptomları var.
Teleqraf.com xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.
“Koronavirus üçün verdiyim analiz nümunələri müsbət çıxıb. Bir neçə gündür boğazım ağrıyır, lakin özümü yaxşı hiss edirəm” , - Oboma tviterdə yazıb.
Amerika administrasiyasının keçmiş rəhbəri əlavə edib ki, həyat yoldaşı Mişelin analiz nümunələri mənfi çıxıb, hər ikisi də əvvəllər təkrar peyvənd olunublar.
Xatırladaq ki, Obama ABŞ-ın 44-cü prezidentidir, o, 2009-2016-cı illərdə vəzifədə olub. Prezident seçkilərində qalib gəlməzdən əvvəl o, İllinoys ştatından ABŞ senatoru olub.