Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bə BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.
Teleqraf.com-un məlumatına görə, telefon danışığı zamanı A.Quterreş Rusiya-Ukrayna böhranının həllində vasitəçilik səylərinə görə R.T.Ərdoğana təşəkkür edib.
Həmçinin Rusiya ilə Ukrayna arasında baş verən hadisələr vurğulanmaqla regional və beynəlxalq gündəlikdəki məsələlər müzakirə edilib.
R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə Rusiya-Ukrayna münaqişəsində atəşkəsə nail olmaq, sülhün bərqərar olması, eləcə də Ukraynaya humanitar yardımın göstərilməsi və insanların bu ölkədən çıxarılması üçün intensiv səylər göstərir.