14 Mart 2022 08:45
352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya hökuməti 33 rusiyalı biznesmenə və onların yaxın qohumlarına qarşı sanksiyalar tətbiq edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Bloomberg" agentliyi ölkənin xarici işlər naziri Meris Peynə istinadən xəbər yayıb.

Məlumata əsasən, sanksiyalar siyahısına "Çelsi" klubunun sahibi Roman Abramoviç, "Qazprom"un rəhbəri Aleksey Miller, "Rossiya" Bankının Direktorlar Şurasının sədri Dmitri Lebedev, "Rostex"in rəhbəri Sergey Çermezov, "Transneft"in rəhbəri Nikolay Tokarev, VEB.RF-nin sədri İqor Şuvalov, Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev və digərləri daxil edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər