14 Mart 2022 10:17
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ukraynaya müdaxiləni dəstəkləmək üçün Çindən hərbi texnika istəyib”.

Teleqraf.com xəbər verir ki, bu barədə populyar “Financial Times” nəşri məlumat yayıb.

Məlumata görə, vəziyyətlə tanış olan rəsmilər deyiblər ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sullivan Çinə xəbərdarlıq edib. Rəsmi Pekinə çatdırılıb ki, Rusiyaya işğalı davam etdirməyə və ya Qərbin sanksiyalarından yayınmağa kömək etmək cəhdinin nəticələri olacaq.

Ağ Ev qorxur ki, bu addım Pekin və Moskva arasında əlaqələrin güclənməsinə işarədir. Çinin müsbət cavabı həm də Qərbin Ukraynaya kömək etmək səylərini sarsıda bilər. Digər rəsmilər qəzetə bildiriblər ki, Rusiyanın silahlarının tükəndiyinə dair işarələr var.


Müəllif: Nemət

Oxşar xəbərlər