14 Mart 2022 10:03
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 9-da rus ordusunun raket zərbələri nəticəsində Mariupoldakı doğum evində baş verən partlayış zamanı yaralanan hamilə qadınlardan biri vəfat edib.

Teleqraf.com xəbər verir ki, ukraynalı jurnalist Asya Dolina məlumat verib.

“Mariupoldakı 3 nömrəli uşaq xəstəxanasının (doğum evi) partladılmasından sonra hadisə yerində video/foto görüntüləri yayımlanan hamilə qadın vəfat edib. Onun bətnindəki övladı da ölüb”, - jurnalist qeyd edib.

Dolinanın sözlərinə görə, bu məlumatı qadınların təxliyəsi zamanı orada olan fotoqraf Yevgeni Maloletka da təsdiqləyib.

Mariupol doğum evinin atəşə tutulması zamanı fotoları da çəkilən Mariana Pidxurska adlı başqa bir qadın isə sağdır və martın 10-da qız uşağı dünyaya gətirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər