14 Mart 2022 12:30
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarda Qazaxıstanda yanacağın qiymətinin qalxmasıyla başlayan etirazlardan sonra ölkə daxilində korrupsiya araşdırmaları çərçivəsində sabiq prezident Nursultan Nazarbayevin ailə üzvləri də saxlanılır.

Teleqraf.com xəbər verir ki, Nazarbayevin bacısı oğlu, əvvəllər Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsində çalışmış Kayrat Satıbaldı korrupsiyada ittiham olunduqdan sonra həbs edilib.

Məlumatda bildirilib ki, Satıbaldı “KazakTelecom”la bağlı aparılan istintaqda mənimsəmədə ittiham olunub.

Keçmiş lider Nazarbayev 2019-cu ildə istefa verib və və onun yerinə dəstəklədiyi Kasım-Jomart Tokayev seçilib. Partiya və Təhlükəsizlik Şurasının sədri kimi vəzifəsini davam etdirən Nazarbayev yalnız Rusiya və KTMT-nin köməyi ilə nümayişlərin yatırılmasından sonra bütün səlahiyyətlərini Prezident Tokayevə ötürüb.

Bundan sonra onun bütün ailə üzvləri və qohumları tutduqları vəzifələrdən azad olunub.

Nazarbayev məlum iğtişaşlardan sonra ictimaiyyət qarşısında görünmürdü. O, yalnız ötən həftə Türkiyəyə səfər edərək ilk dəfə kameraların obyektivinə düşmüşdü.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər