Rusiya Rovno şəhəri yaxınlığındakı televiziya qülləsinə hava zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rovno Regional Hərbi Administrasiyasının sədri Vitali Koval məlumat verib.
O deyib ki, hadisə yerində müvafiq xidmətlər işləyir, dəymiş ziyanın dərəcəsi müəyyənləşdirilir.
Saat 05:20-də Ravno yaxınlığında Kiyev istiqamətində partlayışlar olub. Hava zərbəsi nəticəsində Ravno vilayətində televiziya qülləsinə ziyan dəyib.
Xatırladaq ki, bundan əvvəl martın 1-də ruslar Kiyevdə televiziya qülləsinə raket zərbəsi endiriblər.