Əfqanıstanın Paktika şəhərində keçirilən voleyboy yarışında kamikadzenin törətdiyi partlayış 55 nəfərin ölümünə səbəb olub.
Teleqraf.com "TRT Haber" istinadən xəbər verir ki, stadiona motosikletlə daxil olan kamikadze insanların sıx əyləşdiyi hissəyə daxil olaraq üzərindəki partlayıcını işə salıb.
Hadisə zamanı 55 nəfərin öldüyü, 66 nəfərin isə yaralandığı açıqlanıb. Ölənlərin sayının artacağı ehtimal edilir.