14 Mart 2022 13:24
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri Ukraynada 3920 hərbi infrastruktur obyektini sıradan çıxarıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Konaşenkovun sözlərinə görə, 143 pilotsuz uçuş aparatı, 1267 tank və digər zirehli döyüş maşını, 124 reaktiv yaylım atəşi sistemi, 457 səhra artilleriya qurğusu və minaatan, həmçinin 1028 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.

Rusiya Aerokosmik Qüvvələrinin aviasiyası Ukrayna Silahlı Qüvvələrinin 187 obyektini vurub, hava hücumundan müdafiə bölmələri Ukraynanın 4 pilotsuz uçuş aparatını məhv edib.

“Martın 14-nə keçən gecə Rusiya Aerokosmik Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus dörd pilotsuz uçuş aparatını, o cümlədən bir Bayraktar TB-2, “Buk-M1” zenit-raket kompleksini bir radar stansiyasını vurub. Bundan başqa, iki reaktiv yaylım atəşi sistemi, iki elektron döyüş stansiyası, iki sursat anbarı və yanacaq-sürtkü materialları sıradan çıxarılıb”, - Rusiya Müdafiə Nazirliyinin rəsmisi deyib.


Müəllif: Nemət

Oxşar xəbərlər