14 Mart 2022 14:25
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının aviasiyasının tərkibində Nikolayev şəhərini bombalayan və sonradan əsir götürülən pilotun anası Ukrayna xalqından üzr istəyib.

Teleqraf.com xəbər verir ki, Ukrayna şəhərini bombalayan rus pilotun anası da Ukraynanın Poltava vilayətinin Kremençuk məntəqəsinin sakini imiş.

Başqa söz, Rusiya tərəfindən Ukraynaya göndərilən pilot öz anasının da yaşadığı vilayəti bombalayan zaman əsir düşüb. Məlum olub ki, pilot 2014-cü ildə Krımın ilhaqı zamanı Rusiya tərəfinə keçib.

“Oğlum Rusiya hərbi-dəniz aviasiyasının işğal olunmuş Krım ərazisində Saki şəhərində yerləşən alayında pilot kimi xidmət edib. 2022-ci il martın 5-də Rusiya ordusunun komandanlığının cinayətkar göstərişlərini yerinə yetirərək Su-31 təyyarəsi ilə Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan və əsir götürülərkən Nikolayev üzərində uçurmuş”,- əsir düşən pilotun anası deyib.

O əlavə edib ki, ailə bu məlumatı Nikolayev üzərində vurulan pilotlarla bağlı reportajı izləyərkən öyrənib: “Oğlum üçün ağrı və utancdan boğulmuşdum. Biz dəfələrlə Kremençuqda hava hücumu sirenlərinin dəhşətli uğultusunu eşitmişik. Ukraynanın bombalanması ilə bağlı cinayət əmrini necə yerinə yetirməyin mümkün olduğunu başa düşmək mənim üçün çətin idi. Təbii ki, oğlum üçün narahatam. Əsir düşüb, sağ qalıb. Normal layiqli insan yetişdirə bilmədiyim üçün oğluma və özümə görə Ukrayna xalqından üzr istəyirəm”, - deyə qadın bildirib.

Qeyd edək ki, qadının bəhs etdiyi qırıcı martın 5-də Ukrayna dəniz piyadaları tərəfindən vurulub. Daha sonra bir pilotun əsir götürüldüyü bildirilib.


Müəllif: Nemət

Oxşar xəbərlər