15 Mart 2022 10:48
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidentinin kabineti bu gün dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanacaq.

Teleqraf.com xəbər verir ki, iclasın əsas gündəmi Rusiya-Ukrayna böhranı olacaq.

İclasda Prezident Ərdoğanın diplomatik trafiklə bağlı kabinet üzvlərini məlumatlandırması gözlənilir.

Görüşdən sonra Türkiyə prezidenti xalqa müraciət edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər