15 Mart 2022 11:04
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çin Rusiyaya hərbi-maddi dəstək versə və sanksiyalardan yayınsa, bunun Pekin administrasiyası üçün nəticələri olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki deyib.

Psaki Ağ Evdə keçirdiyi mətbuat konfransında Rusiyanın Çindən hərbi təchizat tələb etməsi iddialarına toxunub.

Kəşfiyyat məlumatlarının təfərrüatlarına və bu mövzuda atılacaq addımlara girə bilməyəcəyini bildirən Psaki ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Yan Çeçi ilə Romada görüşdüyünü söyləyib.

“Sallivan Çinə açıq şəkildə xəbərdarlıq edib ki, Rusiyaya hərbi və digər yardımların verilməsi sanksiyaları pozmaq və müharibəni dəstəkləmək deməkdir və bunun nəticələri olacaq. Ancaq bu nəticələrin nə olacağı ilə bağlı ətraflı məlumat verə bilmərəm. Müttəfiqlərlə danışıqlar aparırıq”, - Ağ Evin sözçüsü bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da gündəlik mətbuat konfransında bu məsələdən danışıb.

Prays Ukrayna müharibəsi səbəbiylə ABŞ və Qərbin Rusiyaya qarşı sanksiya tətbiq etdiyini xatırladıb: “Çin Rusiyaya hərbi cəhətdən və ya sanksiyalardan yan keçəcək şəkildə kömək etsə, bunun nəticələri olacaq”.

ABŞ-ın NATO müttəfiqlərinə Çinin Rusiyaya hərbi və iqtisadi yardım etməyə hazır olduğunu bildirməsi xəbərinə gəlincə Prays qeyd edib: “Bu məsələnin təfərrüatlarına varmayacağam”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər