15 Mart 2022 14:51
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ORT 1” telekanalının “Vremya” proqramı efirdə yayımlanan zaman qızın davranışı xuliqanlıqdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Birinci” kanalın efirində müharibə əleyhinə şüarlar yazılmış plakatın nümayişi ilə bağlı sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, kanal və uyğun qurumlar bu məsələyə aydınlıq gətirəcək: “Bu, bizim gündəlik məsələ deyil. O ki qaldı qıza, o, xuliqanlıq edib”.

Qeyd edək ki, ötən gün Rusiyanın “Birinci kanal”ının canlı efirində telekanalın əməkdaşı Marina Ovsyannikova xəbərlər proqramı gedən anda əlində plakat tutaraq studiyaya daxil olub. O, üstündə “Müharibəyə yox! Müharibəni dayandırın. Təbliğatlara inanmayın. Burada sizə yalan danışırlar!” yazılan plakatla efirdə bir neçə saniyə görünüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər