15 Mart 2022 16:22
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Anonymous” beynəlxalq haker qrupu Rusiya Federal Təhlükəsizlik Bürosunun (FSB) saytını sındıraraq Dövlət Neft Şirkətinin (“Rosneft) məlumat bazasını ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Anonymous”un Tvitter səhifəsində məlumat verilib.

“Anonymous” Rusiya hökumətinin saytlarına hücumları davam etdirir. Bu dəfə Federal Təhlükəsizlik Xidmətinin saytı sındırıldı”, - hakerlər bildiriblər.

Hakerlər həmçinin “Rosneft”in məlumatlarını ələ keçirib və bu qurumun əməkdaşlarının telefonlarından məlumatları siliblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər